Kütləvi tətilə səbəb olan amillər


Baxıldı : 252

Tarix : 2015-02-28 03:20:00


İsraildə fəaliyyət göstərən \ Mega\ supermarketlər şəbəkəsinin bir neçə filialının bağlanma ehtimalı kütləvi tətilə səbəb ola bilər. \ Histadrut\ Ümumisrail Həmkarlar İttifaqları Birliyindən bildiriblər ki, şirkət rəhbərliyi filialların işinin dayandırılması ideyasından imtina etməyəcəyi təqdirdə etiraz aksiyasına regional şəbəkənin 6,5 min əməkdaşı qoşulacaq.Ötən həftə \ Mega\ nın həmkarlar ittifaqı komitəsinə şirkətin menecmentinin birtərəfli qərar qəbul edərək on supermarketin bağlanması və yüzlərlə işçini ixtisar etməsi barədə məlumat daxil olub. Lakin administrasiyanın bəyanatında cəmi 5 filialın bağlanılacağı, 60 əməkdaşın işdən azad olunacağı deyilir.\ Histadrut\ un ticarət və pərakəndə satış üzrə rəhbəri Reuven Perri şəbəkənin baş direktoruna məktub göndərərək onu filialların azaldılmasına dair planlarından imtina etməyə çağırıb.Elçin ZAKİRİ