Kadr çatışmazlığı xidmətin keyfiyyətinə təsir edir


Baxıldı : 40

Tarix : 2017-07-28 20:26:16


Yunanıstanda muzey və arxeoloji ərazilərdə çalışanlar həftə sonu tətil keçirəcəyini açıqlayıb. Ölkənin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət Nazirliyinə məsələ ilə bağlı müraciət ünvanlayıb.  Nazirlikdən tez bir zamanda 33 arxeoloq və 200 mütəxəssisin işə qəbul edilməsi tələb edilib. İttifaqın sədri Yiannis Mavrikopulos mətbuata verdiyi açıqlamada  tələblərinin cavablandırılmayacağı təqdirdə həftə sonu muzey və arxeoloji abidələrin  xidmət göstərməyəcəyini bildirib.

O qeyd edib ki, kadr çatışmazlığı xidmətin keyfiyyətinə mənfi təsir edir, tarixi abidələr yetərli səviyyədə mühafizə olunmur: "Bundan başqa , Arxeoloji Resurslar Fondunun özəlləşdirilməsi zamanı çalışanlar  hüquqlarının pozulmasından narahatdırlar.  Biz nazirlikdən muzey və arxeoloji ərazilərdə çalışan təmizlik işçiləri, arxeoloq və mühafizəçilərlə əmək müqaviləsi bağlanmasını, illik məzuniyyət, tibbi sığorta kimi hüquqlarının tətbiqinə nəzarət olunmasını tələb edirik.  Tələblərimiz həftə sonuna qədər cavablandırılmazsa, ittifaq  48 saatlıq tətil keçirəcək".

 

Cavid Səfərov