Kadr hazırlığı işi əsas şərtlərdəndir


Baxıldı : 213

Tarix : 2015-01-31 04:34:00


Aviasiya Təhlükəsizlik İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsi uçuşların təhlükəsizliyinin təmin olunması üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda, Zabrat, Gəncə, Qəbələ, Lənkəran beynəlxalq hava limanlarında və digər struktur bölmələrində çox işlər görür. Həmkarlar ittifaqı komitəsi aeroportların aviasiya təhlükəsizliyi üzrə proqramında irəli gələn şərtlərin işçilər tərəfindən qanunauyğun şəkildə icra olunmasında yaxından iştirak edir və rəhbərliyin bu istiqamətdəki fəaliyyətinə nəzarət edir. Mülki aviasiyanın təhlükəsizliyi sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi ən başlıca şərtlərdən biridir və bununla əlaqədar olaraq Aviasiya Təhlükəsizlik İdarəsinin struktur bölmələrinə yeni işə qəbul olunmuş işçilərlə 10 gün ərzində xidmət sahələrinin rəhbərləri, həmkarlar ittifaqı komitəsi, hüquqşünas və psixoloq tərəfindən xüsusi təsdiq olunmuş mövzular ətrafında məşğələlər keçirilir. İşçilər aeroportların əraziləri və xüsusi rejim zonaları ilə yaxından tanış olurlar. Rəhbərlik tərəfindən onların tam peşəkar kadr kimi formalaşmasından ötrü lazımi addımlar atılır.Personal ilə təlim-tərbiyə işləri elə qurulmuşdur ki, buraxılış və obyektdaxili rejimin təminatının aeroportun və hava limanlarının, strateji obyektlərin və hava gəmilərinin mühafizəsinin vacibliyi və məsuliyyəti bütün şəxsi heyət tərəfindən dərk olunmuşdur.Yanğın təhlükəsizliyi və qəza xilasetmə işləri, aviasiya təhlükəsizliyi sahəsində struktur bölmələrin fəaliyyətini tənzimləyən sənədlərin və işçilərin funksional borclarının sistematik öyrədilməsi təmin edilmişdir.İdarə direktoru tərəfindən həmkarlar ittifaqı komitəsinə bir neçə işçinin işdən azad edilməsi ilə əlaqədar 7 müraciət daxil olunmuşdu. Müraciət komitədə araşdırılaraq müvafiq qərar qəbul edilmişdir. Komitə 3 işçi ilə müqavilənin birtərəfli şəkildə ləğv olunmasına razılıq vermişdir, 1 müraciəti əsassız saymışdır, 1 müraciətə əsasən isə işçiyə xəbərdarlıq elan olunur.Növbətçi növbə və qarovul əməkdaşlarının yeni iş yerlərinə keçirilməsi şərtilə təhlükəsizliyi zəif təşkil edilən iş olunmuşdur.Heydər Əliyev Beynəlxalq Aeroportunda Mühafizə Xidmətinin 150 nəfərə yaxın işçisi Polis Akademiyasında xüsusi texniki hazırlıq kursunda iştirak edib.İdarənin həmkarlar ittifaqı komitəsi gələcəkdə də aviasiya təhlükəsizliyinin təmini ilə bağlı işçilər qarşısında qoyulan vəzifənin qanun çərçivəsində, günün tələblərinə uyğun icra olunması istiqamətində ictimai nəzarət funksiyasını ciddi yerinə yetirəcək.Mübariz ƏSƏDOV,Aviasiya Təhlükəsizlik İdarəsi Hİ Komitəsinin sədri