Kamil Nəbiyev birinci olub


Baxıldı : 121

Tarix : 2020-01-10 15:03:55


Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XIX açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda ölkənin paytaxt və regionlarında fəaliyyət göstərən idman təşkilatlarının pəhləvanları iştirak ediblər.

Körpücük üzərinə 67 kq-da çıxan “Spartak” İdman Cəmiyyətinin yetirməsi Kamil Nəbiyev 208 kq (98+110) nəticə ilə qalib gəlib. Klubun digər yetirmələri körpücük üzərinə 61 kq. çəki dərəcəsində çıxan Ravil Nəbiyev 155 kq. (65+90) nəticə ilə dördüncü, Yaşar Qurbanov isə 119 kq. (53+66) nəticə ilə altıncı olub.