Kartların mühafizəsi gücləndiriləcək


Baxıldı : 331

Tarix : 2015-03-14 02:59:00


Mərkəzi Bank (MB) son dövrlər vətəndaşların plastik kartlardakı hesablarından pul vəsaitlərinin silinməsi hallarının artmasını nəzərə alaraq kart sisteminin təhlükəsizliyi ilə bağlı tədbirlər görəcək. Ödəniş kartlarının infrastrukturunun təhlükəsizliyini gücləndirmək məqsədi ilə \ PCI DSS\ standartı tətbiq olunacaq. MB-dən verilən məlumata görə, kartların təhlükəsizliyinin artırılması sahəsində ən yaxşı qaydalardan biri maqnit lentli kart infrastrukturundan çip texnologiyalarına keçidin təmin edilməsidir. Bu məqsədlə bankların mövcud imkanları da nəzərə alınmaqla və son müddət göstərilməklə keçid planının hazırlanması və təsdiq edilməsi nəzərdə tutulub. Ödəniş kartları sənayesi üzrə məlumatların təhlükəsizliyi standartı (PCİ DSS) bütövlükdə beynəlxalq kart təşkilatları tərəfindən (Visa, MasterCard, Amex, Diners Club) ödəniş kartı sahiblərinin məlumatları üzrə təhlükəsizlik standartlarının hərtərəfli geniş tətbiqinin asanlaşdırılması üçün nəzərdə tutulub. \ PCI DSS\ standartları ödəniş kartı sahiblərinin məlumatlarının qorunmasını təmin edən texniki və istismar tələbləri təşkil edir. Bütövlükdə standartlar ödəniş kartı sahiblərinin məlumatlarının məxfiliyinin təmin edilməsi məqsədi ilə əsasən 12 minimal tələbi özündə birləşdirir. Ödəniş kartlarında məlumatların məxfiliyinin təmin edilməsində iştirak edən tərəflər üzrə bu qaydaların tətbiqində prioritetləşmə müəyyən olunacaq və bundan sonra həmin sektorlar üzrə \ PSİ DSS\ standartlarına tam keçidin təmin edilməsi üçün \ yol xəritəsi\ hazırlanacaqdır.ELBRUS