İki uğurlu nəticə əldə edilib


Baxıldı : 264

Tarix : 2015-11-07 01:53:00


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsinin birgə qərarı və \ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri arasında XII Respublika Spartakiadasına start verilib. Spartakiadanın təqvim planına uyğun olaraq idmanın 6 növü (atletika, şahmat, dama, stolüstü tennis, voleybol, basketbol) üzrə keçirilən yarışlarda qızlar və oğlanlar mübarizə aparacaqlar. 15-16 oktyabr tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika, Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin idman zalında isə voleybol yarışları keçirilib. Atletika növündə yarışlarda qızlar və oğlanlardan ibarət 10 komanda iştirak edib. Ümumi hesabda ən yaxşı nəticə göstərən Bakı Sənaye Pedaqoji Kollecinin tələbələri birinci yeri tutublar. Bakı Neft Energetika Kollecinin tələbələri ikinci, Bakı Sosial Pedaqoji Kollecinin tələbələri isə üçüncü olublar. Voleybol üzrə keçirilən yarışda isə oğlanlardan ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparıb. Topla daha sərrast oynamağı bacaran Bakı Sənaye Pedaqoji Kollecinin komandası bütün rəqiblərindən üstün olub və ilk pillədə qərarlaşıb. Sonrakı yerləri isə Azərbaycan Dəniz Balıq Sənayesi və Bakı 2 saylı Baza Tibb kolleclərinin voleybolçuları tutublar. AZƏR