Kiçik və orta sahibkarlıq müəssisələrində treninq keçirilib


Baxıldı : 151

Tarix : 2017-12-08 18:57:56


Beynəlxalq Əmək Təşkilatı (BƏT) kiçik və orta sahibkarlıq müəssisələrində iş şəraitinin yaxşılaşdırılmasını hədəfləyən "Rəqabətə Davamlı və Məsuliyyətli Müəssisələrin Qorunması” (RDMMQ) Proqramı əsasında Çində treninq keçirir. Bu tipli müəssisələr Çin istehsalının 60 faizini, xidmət sektorunun 80 faizini öz əlində cəmləşdirir. Bundan başqa iş saatlarının normadan artıq təyinatı, real maaşın mənfəətlə uyğun olmaması, təhlükəsiz əmək şəraitinin yaradılmasında və tibbi problemlərin həllindəki çatışmazlıqlara da daha çox kiçik və orta sahibkarlıq müəssisələrində rast gəlinir. Bu da verimliliyin aşağı düşməsinə səbəb olur.

RDMMQ  proqramı qazanc imkanlarının genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması üçün mühüm vasitədir. Proqrama ilk öncə  Lyaoin, Çuntsin, Siçuan, Şanxay şəhərlərində yerləşən avtomobil ehtiyyat hissələri və geyim istehsalı ilə məşğul olan müəssisələr qatılıb. İngiltərədə qurulan  Etik Ticarət Təşəbbüsü şirkətlər qrupunun dəstəyi ilə 2017-ci ilin mart ayından Quandzou, Quanqdonq şəhərlərində yerləşən müəssisələr də BƏT-in treninqinə qoşuldu.

RDMMQ Proqramı

-iş yerində əməkdaşlıq

-keyfiyyətli menecmentlik fəaliyyəti

-insan resurslarının idarə edilməsi

-təmiz istehsal

-işçilərin təhlükəsizliyi və sağlamlığı mövzularını əhatə edir.

 BƏT-in RDMMQ proqramı Avropanın aparıcı müəssisələrinin inkişaf siyasəti və biznes təcrübələrini treninqə qoşulanlara nümunə kimi göstərir. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilən proqram Afrika, Latın Amerikası və Asiya ölkələrində  hökumət qurumlarına, sənaye birliklərinə və həmkarlar ittifaqı təşkilatlarına kömək edir.

Cavid SƏFƏROV