Kiçikyaşlı yeniyetmə boksçular mübarizə aparıblar


Baxıldı : 83

Tarix : 2018-04-07 01:20:55


25-31 mart tarixlərində Bakı şəhərində boks idman növü üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 294 idmançısı qatılıb. Sonuncu gün birincilikdə 19 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Qaliblər arasında “Məhsul” İdman Cəmiyyətinin boksçuları da var. 68 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Rəvan Quliyev bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb. İbrahim Adışov (76 kq.) yalnız final görüşündə məğlub olub və ikinci yeri özünə təmin edib. Emin Tağıyev ( 52 kq.) isə üçüncü yeri tutub. Yeniyetmə boksçuların uğur qazanmasında onların məşqçiləri V.Məmmədov və Q.Məhərrəmovun da xidmətləri var.

Azər MUSTAFAYEV