Şəkidə beynəlxalq şirniyyat festivalı keçiriləcək


Baxıldı : 277

Tarix : 2016-07-15 09:45:00


Bu il Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası üçüncü Beynəlxalq Ənənəvi Şirniyyat Festivalını daha geniş keçirməyi planlaşdırır. Azərbaycanın 24 bölgəsi festivalda iştirak edəcək. Xarici ölkələrdən Qana, Rusiya, Hindistan, Fransa, Türkiyə, Koreya, Yunanıstan və başqa ölkələr təmsil olunacaq. Qonaqlar ölkələrinə məxsus şirniyyatları gətirəcək və öz ənənələrinə uyğun festivalda təqdim edəcəklər.Cavid SƏFƏROV