İkihəftəlik tətil uğurla başa çatıb


Baxıldı : 128

Tarix : 2015-11-20 04:51:00


Braziliyanın \ Petrobras\ neft şirkəti işçilərinin həmkarlar ittifaqı təşkilatı ilə rəhbərlik arasında saziş imzalanandan sonra ikihəftəlik tətili başa çatıb. İdarə heyəti əməkdaşların məvaciblərini 9,53 faiz qaldırmağı təklif edib, tətil edənlərin buraxılan iş günlərinin yarısının əməkhaqqısını ödəməyi vəd edib, həmçinin onlara qarşı heç bir cəza tətbiq etməməyi öhdəsinə götürüb. Üstəlik, \ Petrobras\ ixtisar olunmuş investisiya proqramının bərpa üsullarının axtarışı ilə məşğul olan xüsusi komitə yaradılmasına razılıq verib.Qeyd edək ki, Braziliyanın Neft İşçiləri Həmkarlar İttifaqı (FUP) noyabr ayının əvvəllərində tətil elan etmişdir. Nəticədə 50 dəniz platformasında neft hasilatı tamamilə dayandırılmışdır. Bu, son 20 ilin ən böyük tətili olmuşdur.FUP şirkətin aktivlərinin satışının dayandırılmasını və neft emalı zavodlarının işinin bərpa edilməsini, habelə ölkənin dəniz yataqlarında \ Petrobras\ ın yeganə operator qalacağına zəmanət verilməsini tələb edirdi. Bundan başqa, həmkarlar ittifaqı rəhbərliyin işçi heyətinin azaldılması üzrə planlarından narazı idi.Elçin ZAKİRİ