Kimlər gömrükdən pulsuz mal gətirə biləcək?


Baxıldı : 471

Tarix : 2016-11-23 16:09:37


Dövlət Gömrük Komitəsi dövlət başçısının tapşırığına uyğun olaraq gömrük sahəsində yoxlamaların sadələşdirilməsi ilə bağlı işləri yaxın vaxtlarda başa çatdıracaq. Komitənin sədri Aydın Əliyev bildirib ki, ümumi gömrük dəyəri 10 min dollara bərabər olan malların gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsi öz tələbatları üçün nəzərdə tutulan şəxslərə şamil ediləcək. Bu qaydalar kommersiya və istehsalat məqsədləri üçün gətirilən mallara aid deyil. Hazırda hər bir şəxsin ehtiyacına uyğun illik mal gətirilməsi və malların çeşidi, həcmi ilə bağlı qiymətləndirmələr aparılır. Komitə sədri bildirib ki, dövlət büdcəsinin əsas formalaşma bazası vergi və gömrük rüsumlarıdır, buna görə kommersiya və istehsalat fəaliyyəti ilə məşğul olan şəxslər idxal-ixrac əməliyyatları zamanı qanunamüvafiq vergiyə cəlb olunacaqlar. Yeniliyin tətbiqindən sonra gömrük daxilolmalarının azalıb-azalmayacağına gəlincə, A.Əliyev deyib ki, hazırda həmin istiqamətlərdə qiymətləndirmə və hesablamalar aparılır, yaxın vaxtlarda bu barədə fikir söyləmək mümkün olacaq. Qeyd olunduğuna görə, hazırda ölkəmizin beynəlxalq ticarət sisteminə inteqrasiyasının dərinləşməsi və qlobal ticarətdə iştirakının artması məqsədilə idxal-ixrac əməliyyatlarının liberallaşmasına yönəlmiş islahatlar davam etdirilir.ELBRUS