Kitab oxumaq


Baxıldı : 147

Tarix : 2017-05-26 23:51:28


Kitab oxumağın stressi azaltdığı elm adamları tərəfindən aparılan araşdırmalarla da təsdiq edilmişdir. Gərgin və yorucu keçən bir iş gününün sonunda oxuyacağınız 20-30 səhifəlik bir kitab sizi günün qayğılarından uzaqlaşdıracaqdır.

“Çox oxuyan insan çox bilər” deyimi də burada öz təsdiqini tapır. Kitab oxuyarkən davamlı yeni sözlər öyrənirik. Bu da zamanla bizim danışıq tərzimizə əks olunur. Söz ehtiyatı az olan bir insan hər hansı bir mövzunu açıqlayarkən və ya mübahisə edərkən daim zəifləyir. Düşünür, gözləyir, uyğun kəlmə axtarır. Daim kitab oxuyan biri isə danışarkən işlətdiyi sözlərlə bütün diqqətləri üzərində toplayır. Çalışan hər şey zamanla inkişaf edər və daha yaxşı olar. Bu vəziyyət insan həyatının hər nöqtəsində belədir. İdman edirik əzələlərimiz güclənir, daim yemək hazırlasaq yaxşı aşpaz olarıq, çalışırıq imtahanlarda daha uğurlu olaq və s. Beynimizi də nə qədər çox işlədir və boş qalmasına icazə verməsək o qədər güclənir. Xüsusən yaşlıların hər gün 20-30 səhifə də olsa kitab oxuması lazımdır.

Azər MUSTAFAYEV