Kitabın təqdimat mərasimi


Baxıldı : 355

Tarix : 2017-03-15 23:35:27


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında şairə xanım Zəminə Cavadlının "Məhəbbətdən doğulanlar" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri akademiyanın "Sosial tərəfdaşlıq, Həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər" kafedrasının müdiri, dosent Zeynəddin Şabanov açaraq təqdimatı keçirilən kitabın həsr olunduğu mövzunun aktuallığından bəhs edib.

Akademiyanın "İqtisadiyyat və idarəetmə" kafedrasının müəllimi Xaqani Məmmədov əsərin tərtibatından, onun ədəbiyyatımızda özünəməxsus yerindən danışıb.

Tariximizin dərindən tədqiq olunmasının önəmli məsələ olduğunu qeyd edən filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad gəncləri milli-mənəvi irsimizin öyrənilməsi və təbliği istiqamətində fəal olmağa çağırıb.

Daha sonra isə akademiyanın tələbələri çıxış ediblər.

Tədbirin sonunda Z.Cavadlı təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Azər MUSTAFAYEV