Kitabxananın yubileyi qeyd olundu


Baxıldı : 81

Tarix : 2017-09-23 01:25:52


Bu günlərdə Mərdəkan Mərkəzi Kitabxanasının 70 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Mərdəkan Mədəniyyət Sarayında baş tutan tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmara Məcidova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Əfsanə Gülməmmədova, şairlər İlqar Fəhmi, Arif Buzovnalı, Gülarə Munis, Gülzar İbrahimova, Xəzər Rayon İcra Hakimiyyəti, YAP-ın nümayəndələri, 181 saylı məktəbin müəllimləri iştirak edirdi.

Tədbir iştirakçıları kitabxananın fəaliyyət yolundan ətraflı danışıb və öz təəssüratlarını bölüşüblər.

Tədbir konsert proqramı ilə davam etdi.

Sonda kitabxana işçilərinə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, sahə Hİ Respublika Komitəsinin Fəxri fərmanları və mükafatları təqdim olundu.

 

Bəyalı RZAYEV