Klaviaturanın fəsadları


Baxıldı : 90

Tarix : 2017-06-16 21:56:34


Rusiya mütəxəssisləri bildiriblər ki, kompüter klaviaturasında 10 milyonadək bakteriya olur. Bu hal təhlükəli hesab oluna bilər.  Çünki insanlar onlarla işləyərkən daha yaxın təmasda olurlar. Alimlərin tədqiqatlarına görə, kompüter arxasında qidalanmaq olmaz, çünki insan bakteriyaları qidalanan zaman yeməklə birlikdə uda bilər.

Kompüterin klaviaturasını isə tez-tez dezinfeksiya etmək məsləhət görülür.

Azər MUSTAFAYEV