Klubun cüdoçusu fərqlənib


Baxıldı : 55

Tarix : 2018-06-09 01:42:43


Avstriyada gənc cüdoçular arasında keçirilən açıq Avropa kubokuna yekun vurulub. 44 kq. çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva bürünc medal qazanıb. “Atilla” İdman Klubunun üzvünün bu uğurunda onun məşqçilərinin də böyük rolu olub. 

Beləliklə, gənc cüdoçularımız Leybnits beynəlxalq turnirini 1 gümüş və 4 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdo ustası medallar uğrunda yarışıb. Azərbaycan beynəlxalq turnirdə  21 cüdoçu ilə təmsil olunub.

 Azər MUSTAFAYEV