Köhnə idarəçiliyin qalıntılarına qarşı


Baxıldı : 80

Tarix : 2017-06-02 21:47:53


Koreya Metal İşçiləri Həmkarlar İttifaqının (KMİHİ) 3 min üzvü Seulda yerləşən Milli Assambleyanın binası önündə etiraz aksiyası keçirib. Nümayişçilər istehsal bazasının genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin təsdiqini və "Çaebol" islahatlarının həyata keçirilməsini tələb ediblər. İslahat tələbi ilə bir sıra həmkarlar ittifaqı tərəfindən müxtəlif dövlət qurumları önündə eyni vaxtda nümayişlər keçirilib.

Aksiyada çıxış edən KMİHİ-nin prezidenti Kim Sanq bildirib ki, hökumət tərəfindən  vədlər verilsə də, çalışanların iş şəraiti yönündə hər hansı bir addım atılmadı. Nəticədə keçən bu müddətdə gəmiçilik və avtomobil sənayesində işləyənlərin etiraz aksiyaları baş tutdu. İstehsal sektorunun bir neçə köklü ailənin əlində cəmləşməsi istismarın aradan qalxmasına imkan vermədi. Hökumət dəyişsə də, köhnə idarəçiliyin qalıqları hələ də qalmaqdadır və biz buna qarşı mübarizə aparırıq. Məlumdur ki, yeni siyasi sistem bütün sahələrdə islahatı vacib edir. Lakin "Çaebol" islahatı yubadılmadan həyata keçirilməlidir. Bu tələb aprel ayından bu yana bır sıra sənədlərdə, təşkil olunan aksiya və tətillərdə dilə gətirilir.

İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez  prezident seçilməsi münasibətilə Moon Caeyə təbrik məktubu göndərib. Məktubunda ittifaqa tabe olan yerli həmkarlar ittifaqlarının seçimdəki rolunu diqqətə çatdırıb. Həmkarlar ittifaqı təşkilatının  hüquq və vəzifələrinin beynəlxalq standartlarla tənzimlənməsi çağırışını edib.