Kök olmağın faydası


Baxıldı : 151

Tarix : 2017-02-17 22:34:13


Britaniya alimləri apardıqları tədqiqatların sonunda belə qərara gəliblər ki, artıq çəki insanları qocalıq zamanı ağıl zəifliyindən "sığortalayır". Tədqiqatın nəticələri Dünya Səhiyyə Təşkilatının bu xəstəliyə dair tövsiyələrinin ziddinədir.(mövcud tövsiyələr əsasən siqaret çəkməkdən imtina, balanslı pəhriz və sağlam həyat tərzi kimi məsləhətlərdir).

Lakin Lancet Diabetes & Endocrinology jurnalında dərc olunmuş tədqiqatların nəticələri çəki çatışmazlığı olan insanların yaddaşsızlığa daha çox meyilli olduqlarını göstərir. Artıq çəki isə bu xəstəliyin inkişaf təhlükəsini azaldır. Qocaldıqda bəzi insanlarda yaranan ağıl zəifliyi bu gün aktual hesab olunan xəstəliklərdən biridir. Ehtimal olunur ki, 2050-ci ilə qədər belə xəstələrin sayı 135 milyon nəfərə çatacaq. İndiyə qədər bu xəstəliyin müalicə üsulu tapılmayıb və həkimlərin yeganə məsləhəti sağlam həyat tərzinə riayət etməkdir.

A. Mustafayev