Kollektiv istirahət etməyin ləzzəti tamam başqadır


Baxıldı : 33

Tarix : 2018-07-28 04:39:58


“Əlbəttə, yay mövsümündə ölkəmizin istənilən səfalı guşəsində dincəlmək bir o qədər də problem deyil. Allaha şükür, müasir, yüksək xidmət göstərməyi bacaran turist məkanları kifayət qədərdir. Amma iş yerindən kollektiv şəkildə təbiətin qoynunda istirahət etməyin, əylənməyin ləzzəti tamam başqadır, əvəzsizdir Sağ olsun həmkarlar ittifaqı bu ləzzəti bizə ərmağan edir. Özü də havayı. Cibimizdən bir qəpik xərcləmədən”.

Bu sözləri müxbirimizə Milli Hidrometeorologiya Departamentinin əməkdaşı İlahə İbrahimova dedi. İlahə xanım 2 gün turist səfərində olduqları Quba rayonunun ərazisində yerləşən Təngaltı Ailəvi İstirahət Mərkəzində yaradılan şəraitdən, nuş etdikləri təamlardan, seyrindən doymadıqları təbiətin gözəlliyindən və sairədən ağızdolusu danışdı. Digər turist yoldaşları da onun dediklərinə öz təəssüratlarını qatdılar. Turist səfərinin təşkilatçısı - Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Qoşqar Həmzəyev dedi ki, yay mövsümü başlanandan üzv qurumların işçilərindən ibarət qruplar təşkil olunur, ölkəmizin sərin regionlarına qısamüddətli səfərlərə aparılır.

Qubaya qədər digər regionlara iki turist səfəri həyata keçirmişik. Budəfəki səfərdə olan qrup əsasən milli hidrometeorologiya, ətraf mühit üzrə milli monitorinq departamentlərinin, Baş Aviameteorologiya Mərkəzinin, Proqnozlar Bürosunun işçiləri əsasında formalaşdırılmışdı. Turistlərlə birlikdə mən və texniki əmək müfəttişi Vaqif Məmmədov da qrupların tərkibində olduq. Turist mərkəzlərində yerləşdirilmələrini təşkil etdik. Onlara verilən yeməklərin keyfiyyətinə və sairəni nəzarətdə saxladıq. Respublika Komitəsinin sədri Telman Quliyev də turist qruplarına göstərilən xidməti gəlib yerində yoxlayırdı.

Qoşqar müəllim onu da qeyd etdi ki, bütün xərclər Respublika Komitəsinin büdcəsindən ayrılır. Mövsümün sonuna qədər daha bir neçə qrupun Bakıdan kənarda qısamüddətli istirahətini təşkil etməyi nəzərdə tutmuşuq.

Azər MUSTAFAYEV