Kollektiv müqavilə imzalanıb


Baxıldı : 39

Tarix : 2017-09-16 01:03:13


Sentyabrın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri ilə 2017-2019-cu illər üçün növbəti kollektiv müqavilə imzalanıb.

İmzalanma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva,  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Bakı şəhərinin rayonlar üzrə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

Tədbirdə Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında 2017-ci il iyulun 10-da imzalanmış 2017-2019-cu illər üzrə kollektiv saziş barədə məlumat verilib və mövcud kollektiv müqavilənin yenilənməsinin zəruriliyindən bəhs olunub. Tədbir iştirakçıları kollektiv müqavilənin müddəalarını müzakirə edərək təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində onun əhəmiyyətini vurğulayıblar.

Bəyalı RZAYEV