Kolumbiya işçiləri ilə həmrəyik


Baxıldı : 48

Tarix : 2019-11-25 05:06:50


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası  Kolumbiyada baş verən milli tətil iştirakçıları ilə həmrəyliyini ifadə edir, həmkarlar ittifaqı fəallarına, ictimai liderlərə və onların təşkilatlarına qarşı zorakılıq hallarını pisləyir. Ölkədə əmək və sosial hüquqların pozulmasına etirazını bildirərək hökumətin sülh prosesini bərpa etməsini tələb edir.

Hökumət Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qoyulmuş şərtləri yerinə yetirməklə, yoxsulluq və təcrid vəziyyətinə gətirən və ölkənin suveren inkişaf hüququnu pozan neoliberal siyasəti davam etdirir.

Biz Kolumbiya xalqının və ictimai təşkilatların qanuni, dinc və demokratik sosial etiraz aksiyalarını dəstəkləyirik. Terror, təqib kampaniyaları və kriminal özbaşınalıqları qətiyyətlə pisləyirik və Kolumbiya hökumətini bütün baş verən olaylara məsuliyyətlə yanaşmağa çağırırıq.

Noyabrın 21-də Kolumbiya həmkarlar ittifaqı, eləcə də ictimai və tələbə təşkilatları əmək və pensiya təminatı islahatlarının əleyhinə, yanlış aparılan iqtisadi siyasətə qarşı bütün ölkədə kütləvi nümayişlər keçirir.

Kolumbiyadakı üzv təşkilatlarımıza, Mərkəzi İşçilər Təşkilatı (CUT) və Kolumbiya İşçilər Konfederasiyası (CTC), eləcə də ölkədə sosial ədalət və sülh naminə etiraz edən bütün ictimai qüvvələrə həmrəyliyimizi bildiririk.

Noyabrın 21-dən 25-dək Kolumbiyanın sülh sazişinin üçüncü ildönümündə üzv təşkilatlarımızı həmrəylik göstərməyə səsləyirik. Tövsiyə edirik ki, onlar öz ölkələrinin xarici işlər nazirliklərinə qınaq məktubları göndərsinlər, sosial şəbəkələrdə sistemli olaraq insan hüquqlarının pozulmasını və bu pozuntuların Kolumbiyada sülh üçün yaratdığı təhlükəni qınasınlar.

 

Hörmətlə,

BHİK-in Baş katibi

Şaran Barrou