Komandamız  4-cü pillədə qərarlaşıb


Baxıldı : 43

Tarix : 2018-09-29 02:19:56


Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnir başa çatıb. Ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvəsini sınayıblar.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq.) Tatyana Omelçenko (59 kq.) gümüş, Elmira Qəmbərova (62 kq.), İrina Netreba (65 kq.) və Səbirə Əliyeva (76 kq.) isə bürünc medal əldə ediblər. Yekunda 93 xal toplayan qadınlardan ibarət millimiz  komanda hesabında 4-cü pillədə qərarlaşıb.  Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.

Qeyd edək ki, Elmira Qəmbərova “Zenit” İdman Cəmiyyətinin yetirməsidir. 

Azər MUSTAFAYEV