Komissiyada əməyin mühafizəsi məsələsinə baxıldı


Baxıldı : 32

Tarix : 2019-11-25 05:45:54


Noyabrın 19-da Ümumdünya Həmkarlar İttifaqları Konfederasiyasının iclasından əvvəl konfederasiyanın Əməyin mühafizəsi, ekologiya, işçilərin sağlamlığı və sosial təminat üzrə komissiyasının iclası olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasovun da həmsədri olduğu komissiyada bir çox məsələlərə baxılıb. AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin “Region ölkələrində işçilərin əməyinin təhlükəsizliyi və onun yaxşılaşdırılması tədbirləri haqqında” məruzə edib. Natiq bildirib ki, ölkəmizdə xüsusilə son illərdə, sözün həqiqi mənasında, texniki inqilab baş verib.

Paytaxtda, bölgələrdə sənaye parkları tikilib istismara buraxılıb. Bu müəssisələr ən müasir avadanlıqlarla təchiz olunub. Bu da istehsalat xəsarətlərinin dəfələrlə azalmasına təsir göstərib. Həmkarlar ittifaqının təşəbbüsü və təkidli iradəsi sayəsində yeni texnologiyalardan istifadə qaydaları, təlimləri işlənib hazırlanıb. Təşkilatımızın strukturlarının nəzarəti altında bu qaydalar dəqiq tətbiq olunur, işçilər mütəmadi təlimatlandırılır.

V.Arqutkinin məruzəsi maraqla qarşılanmışdır. O, komissiya üzvlərinin suallarını cavablandırmışdır.

Tədbirdə daha bir neçə mövzu barədə çıxışlar dinlənilmişdir.