Kommersiya bankları mükafatlandırılacaq


Baxıldı : 293

Tarix : 2015-02-07 13:33:00


Mərkəzi Bank (MB) 2015-ci ildə ölkədə nağdsız alış-verişi stimullaşdırmaq məqsədi ilə banklar üçün müxtəlif təşviqedici layihələr həyata keçirəcək. MB-in sədr müavini Alim Quliyevin sözlərinə görə, kommersiya banklarını nağdsız kampaniyaların sayının artırılmasına təşviq etmək və yeni layihələrə başlamağa həvəsləndirməkdən ötrü müxtəlif nominasiyalar müəyyənləşdirilib. Hər ay bir bank bu layihədə daha fəal iştirak etdiyinə görə mükafatlandırılacaq, \ Nağdsız ödənişlər üzrə lider bank\ nominasıyasına layiq görüləcək.A.Quliyev 2014-cü ildə bankların bu istiqamətdə işinin qənaətbəxş olduğunu bildirib. Qeyd edib ki, stimullaşdırıcı kampaniyalara qoşulan bankların həm sayı, həm də kampaniyaların miqyası artıb. Stimullaşdırıcı və uduşlu kampaniyalar sırasında \ Dəyərli dostlara dəyərli hədiyyə\ , \ Nağdsız ödə, nağd qazan\ , \ Uduşlu pul köçürmələri\ , \ Bonus\ , \ Kartla ödə, Apple qazan!\ , \ Ödəmələr hədiyyəli, hər ay qazan bir 50-i!\ , \ AccessQazanc\ , \ Freewill\ , \ Al, Poz, Qazan\ , \ Sevimlilərə sürpriz\ , \ Komissiyasız günlər\ , \ Həzz Kart\ , \ Əmanət Sizdən - Hədiyyələr Bizdən\ , \ İki dəfə çox bonus\ , \ Qoşul, fərqlən, faydalan\ , \ Heyrətləndirici dünya!\ , \ Kreditinizi ödəyin və qazanın\ və digərləri daha çox müştəri toplayıb. Bu kampaniyalar çərçivəsində keçirilən lotereya oyunlarında kart sahibləri 100 manatdan 1000 manatadək pul və qiymətli hədiyyələr əldə ediblər. Hətta bəzi layihələrdə qalib olan şəxslərin xarici ölkələrə turist səfərlərinin təşkil olunması bu lotereya oyunlarına marağı birə-beş qat artırıb.A.Quliyev onu da bildirib ki, nağdsız ödənişlərin bazarının həcminin artması həm də bank sisteminin resurs bazasının genişlənməsinə, faiz dərəcələrinin azalmasına və iqtisadiyyatın kapitalizasiya imkanlarının çoxalmasına səbəb olur, nəticədə iqtisadi artım sürətlənir. Nağdsızlaşma makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı, şəffaflıq güclənir. ELBRUS