Kommunal ödənişləri JEK\ lərə verməyin!


Baxıldı : 292

Tarix : 2015-03-06 02:21:00


İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yaşayış mənzillərinin idarə olunmasını təmin etmək məqsədi ilə vətəndaşların özlərinin nümayəndələrindən ibarət cəmiyyətin yaradılmasını vacib sayır. Nazirlik hesab edir ki, hazırda öz fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilməyən mənzil kommunal təsərrüfatı birliklərinin (\ JEK\ ) tədricən yerini yeni quruma - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verməlidir. \ JEK\ lər artıq mənzil sahələrinə nəzarət funksiyasını və idarəetməni həyata keçirə bilmirlər və dövlətin üzərində yük olaraq qalırlar. İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-Kommunal Siyasəti Şöbəsinin müdiri Nizami Qasımovun sözlərinə görə, vətəndaşlar yaşadıqları binaların mənzil-kommunal problemlərini həll etmək üçün özləri birləşib müştərək cəmiyyət yaratmalıdırlar və \ JEK\ dən tabeçilik ləğv olunmalıdır. N.Qasımov hesab edir ki, mənzil mülkiyyəti ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər vətəndaşlara müstəqil şəkildə öz yaşadıqları binalardan yığılan mənzil haqlarına nəzarət və istifadə etməyə imkan verir. Qanunvericiliyə əsasən, bütün xidmət haqlarının formalaşmasında sakinlər iştirak etməli və xərcləri də özləri müəyyənləşdirməlidirlər. Bu, yığılan pulların səmərəli xərclənməsinə və şəffaflığa imkan yaradacaq.ELBRUS