Kompüterdə çox vaxt keçirən uşaqlarda psixoloji pozuntular olur


Baxıldı : 101

Tarix : 2017-03-10 22:27:31


Türkiyənin bəyənilən uşaq şəhərciklərindən biri sayılan Minopolistə keçirilən anket sorğuları nəticəsində müəyyən edilib ki, kompüter başında çox vaxt keçirən uşaqlarda psixoloji pozuntular olur. Yaşları 7-13 arasında olan uşaqların 80%-dən çoxu evdə vaxt keçirmək istəmədiklərini ifadə edib. 15 faizi isə evdə televiziya izləməyin, ya da kompüter başında vaxt keçirməyin gözəl tətil olduğunu deyib.

Anketə qatılan uşaqların bəziləri yeni yerlər görmək istədiklərini bildirib.

Nəticədə müəyyən edilib ki, ev mühitində kompüter, ya da televiziya başında çoxlu zaman keçirmək uşaqlarda psixoloji pozuntulara yol açır.