Komsomol işində olduğum müddət, məktəbdən ordu sıralarına çağrıldığıma görə hərbi xidmətdə olduğum müddət mənim pedaqoji iş stajıma aid edilməlidir ya yox?


Baxıldı : 31

Tarix : 2018-12-01 05:50:23


Komsomol işində olduğum müddət, məktəbdən ordu sıralarına çağrıldığıma görə hərbi xidmətdə olduğum müddət mənim pedaqoji iş stajıma aid edilməlidir ya yox?

Nəzərinizə çatdırmaq istəyirəm ki, keçən dərs ilinə qədər mənim əməkhaqqım hesablanarkən məhz həmin müddətlər pedaqoji iş stajı kimi hesablanmışdır. Əgər mövcud qanunvericilik aktlarında hər hansı dəyişikliklər edilmişdirsə, xahiş edirəm, bu barədə ətraflı məlumat verəsiniz.

 

Arzu AXUNDOV,

Goranboy rayonu.

 

“Təhsil haqqında” Qanunun 31.0.2. maddəsinə əsasən, müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq- pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçi-ləri, təhsilli idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri təhsilverənlər, yəni pedaqoji işçilərdir.

Azərbaycan Respublikası Təhsil nazirinin 08 aprel 1997-ci il tarixli 206 №-li əmri ilə Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabçası” təsdiq edilmişdir. Sorğu kitabçasında tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla ödəniş dərəcəsinə ixtisas tələbləri müəyyən edilmişdir. Əməkhaqları da həmin tələblərə uyğun hesablanır.

Komsomol işində və məktəbdən ordu sıralarına çağrılsanız da, ordu sıralarında olduğunuz müddət sizin ümumi sığorta (əmək) stajınıza daxildir. Həmin illər pedaqoji staja aid deyildir.