Konfransda mühüm məsələlər müzakirə olundu


Baxıldı : 74

Tarix : 2018-06-02 02:04:47


Mayın 21-24-də Moldovanın Kişinyov şəhərində İnşaat və Meşə İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (BWI) “Pan Avropa regionu üzrə 2018-2019-cu illər üçün layihəsinin strateji planlaşdırılması” mövzusunda konfransı keçirilib. Konfransın gündəliyində “Həmkarlar ittifaqı işində yeniliklər, Birliyin Cənubi Afrikada ötən ilin dekabrında baş tutmuş konqresinin yekunları və strateji planı, Pan Avropa regionu üzrə Şuranın yaradılması məsələləri dururdu. Tədbir çərçivəsində panel iclaslarda həmçinin “Regionda vəziyyət haqqında - Biz indiki vaxtda hardayıq?” və “Həmkarlar ittifaqı işində yeniliklər. Onu necə başa düşürük?” mövzuları ətrafında müzakirələr aparılıb. Hər iki mövzuda Azərbaycan “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov çıxış edərək regiondakı vəziyyət və sahə həmkarlar ittifaqının gördüyü işlər, qarşılaşdığı problemlər və qazandığı uğurlar barədə ətraflı məlumat verdi. Qarşıda duran məqsədləri, planları iştirakçıların nəzərinə çatdırdı.

İnşaat və Meşə İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin Pan Avropa regionu üzrə yaradılan Şuraya sədr Türkiyənin “Yol-İş” Sendikasının genel başkanı Ramazan Ağar bəy seçildi.