Konstitusiyaya dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar layihələr hazırlanacaq


Baxıldı : 156

Tarix : 2016-10-14 05:22:00


Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Sərəncam imzalayıb.Sərəncamda deyilir: Nazirlər Kabineti altı ay müddətində 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının Referendum Aktının 1 - 29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ -hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ- hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ- hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.