Kooperativ tamahkarlığa son qoyulmalıdır


Baxıldı : 274

Tarix : 2017-12-08 19:01:12


Beynəlxalq və Avropa həmkarlar ittifaqları konfederasiyaları (BHİK və AHİK) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar həmkarlar ittifaqı təşkilatları ilə müzakirələri rədd edən iki beynəlxalq şirkətin adını açıqlayıb.

Texnologiya sahəsində marka  olan "Samsung"şirkətinin iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə imkan yaradılmadığı bildirilib. Yoxlamalar zamanı quruma daxil olan müəssisələrdə təhlükəsizlik qaydalarının diqqətə alınmaması, məcburi əməyə  cəlb olunma, qeyri-formal iş və müasir köləliklə bağlı faktlar qeydə alınmış, bəzi ölkələrdə çalışanların iş yerindəki basqılardan intihara cəhd etməsi hallarına rast gəlinmişdir. İttifaq tələb edir ki, bu böyük şirkətdə kooperativ tamahkarlığa son verilməli və çalışanların həmkarlar ittifaqı təşkilatı ilə birgə fəaliyyətinə şərait yaradılmalıdır.

İkinci şirkət "fast-food" sektorunda marka olan "McDonalds"dır. Qurum yalnız Almaniya, Danimarka və Fransada həmkarlar ittifaqı təşkilatı ilə qarşılıqlı fəaliyyətdədir. Digər ölkələrdə fəaliyyət göstərən  "McDonalds"ın filiallarında çalışanların  həmkarlar ittifaqı təşkilatlarına üzvlüyünə imkan yaradılmır.

Məsələyə münasibət bildirən AHİK-in baş katibi Luka Visentini deyib ki, həmkarlar ittifaqı təşkilatları ilə dialoq çərçivəsində hərəkət etməyən şirkətlərin iqtisadiyyatda yeri olmamalıdır. Həmkarlar ittifaqı təşkilatı və işəgötürən arasında aparılan müzakirələr çalışanlara, şirkətə və ümumi iqtisadiyyata fayda verəcək ən mühüm  seçimdir.

BHİK-in baş katibi Şaran Barrou deyib ki, "Samsung" və "McDonalds" özlərini müasir və ailə dostu markaları kimi tanıtsalar da, həmkarlar ittifaqı təşkilatları ilə münasibətlərində bu hiss olunmur. İşçilər üçün bu şirkətlərdə adil bir anlaşma təmin olunana qədər biz fəaliyyətimizi dayandırmayacağıq.

Cavid SƏFƏROV