Koordinasiya düzgün tənzimlənərsə...


Baxıldı : 323

Tarix : 2016-02-27 04:55:00


Azərbaycanın sığorta şirkətləri ölkədə tətbiqi gözlənilən icbari tibbi sığorta ilə bağlı təklif irəli sürüblər. Təklif \ Standard İnsurance\ sığorta şirkətinin tibbi sığorta departamentinin direktoru Səbinə Quliyevadan gəlib.Qeyd edək ki, ilkin dövrlərdə icbari tibbi sığorta dövlət xəstəxanalarında tətbiq olunacaq. S.Quliyeva isə bildirib ki, dövlət xəstəxanaları sığorta ilə ilk dəfə qarşılaşdıqları üçün onlar özəl klinikaların təcrübəsindən istifadə etməlidirlər. Çünki özəl xəstəxanaların tibbi sığorta təcrübələri daha çoxdur.S.Quliyeva hesab edir ki, əvvəlcə icbari tibbi sığorta xidməti göstərəcək xəstəxanalarda sığorta ilə bağlı koordinasiya düzgün qurulmalıdır. Məsələ bundadır ki, sığorta şirkətinin əməkdaşlıq etdiyi klinikalarda tibbi sığorta bölməsi fəaliyyət göstərir. Bu bölmənin ayrıca işçiləri olur. Sığortalıların müraciətlərini də sığorta bölməsinin işçiləri yönləndirir. Təklifə əsasən, dövlət xəstəxanalarında da oxşar sistem qurulmalıdır. Bundan başqa, S.Quliyeva bildirir ki, xəstəxanaların həkimləri sığorta paketləri haqqında məlumatlı olmalıdırlar. Əks halda problemlər yarana bilər: \ Məsələn, sığortalı müştəri klinikaya müraciət edir. Həkim ona lazımi analiz, dərman və müalicə formasını yazır. Amma xəstənin sığorta paketinə hansı xidmətlərin daxil olduğunu bilmir. Müştəri aptekə müraciət edib dərman almaq istəyir. Bu zaman məlum olur ki, onun sığorta paketində dərman xərcləri yoxdur. Bu zaman narazı qalan müştəri artıq birbaşa sığorta şirkətindən şikayətlənir. Halbuki həkim də tibbi sığorta paketi ilə bağlı məlumatlı olmalı və buna uyğun müalicə yazmalıdır\ .S.Quliyeva hesab edir ki, könüllü tibbi sığorta ilə bağlı 10 ilə yaxın təcrübəsi olan özəl xəstəxanalar var. Xüsusilə də tibbi sığorta ilə bağlı koordinasiya məsələlərinin öyrənilməsi dövlət xəstəxanaları üçün faydalı ola bilər.Cavid SƏFƏROV