“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə


Baxıldı : 25

Tarix : 2018-11-08 06:29:47


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti  FHN İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə  Bakı və Sumqayıt qarnizonlarının yanğından mühafizə hissələri arasında “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib.

Müsabiqədən öncə bütün iştirakçılar döyüş açılışı zamanı hərəkətlərin yanğın-xilasetmə hazırlığı və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun yerinə yetirmələri haqqında təlimatlandırılıblar.

Üç mərhələdən ibarət olan müsabiqədə manqaların şəxsi heyətinin sıra baxışı keçirilib, yanğın texnikasına, yanğın texnikası ləvazimatlarına və təqdim edilmiş sənədlərə baxış keçirildikdən sonra manqalar kompleks təmrinlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılıblar.

Müsabiqədə ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin 53 nömrəli YMH 1-ci yeri, Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli YMH 2-ci yeri, ADNŞO üzrə  Yanğından Mühafizə İdarəsinin 54 nömrəli YMH-nin komandası  3-cü yeri tutub.

Qaliblərə Dövlət Yanğından Mühafizə Xidməti və FHN İşçiləri Həmkarlar İttifaqı tərəfindən medal və diplomlar,  hədiyyələr təqdim edilib.

 

 

Azər Musatafayev