Koronavirus ilə işləyən həkimlərə üçqat əmək stajı


Baxıldı : 301

Tarix : 2020-06-05 05:58:49


Koronavirus infeksiyası olan xəstələrlə işləyən Rusiya həkimlərinin pensiya stajı 2020-ci ildə üç gün nisbətində hesablamadan formalaşacaqdır. Hökumətin müvafiq qərar layihəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yeni koronavirus infeksiyası olan pasiyentlərlə işləyən tibb işçiləri üçün 2020-ci ildə pensiya stajının formalaşdırılması üçün güzəştli prosedur tətbiq ediləcəkdir.

Nazirlikdən bildirilib ki, koronavirus infeksiyası ilə təsdiq edilmiş və ya şübhəli bilinən pasiyentlərə tibbi yardım göstərən tibb işçilərinin əmək fəaliyyəti barədə məlumat məcburi pensiya sığortası sistemində, fərdi uçot məlumatları daxil olmaqla, işəgötürənlər tərəfindən Pensiya Fondunun ərazi orqanlarına təqdim olunacaqdır. “Məsələn, iki ay ərzində koronavirus infeksiyası olan xəstələrə çağırışlara çıxan təcili tibbi yardım işçisi yarım il   iş stajı qazanacaq”,- deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Andrey Pudov bildirib. Qeyd etmək lazımdır ki, indi tibb işçilərinin pensiyaya çıxması üçün əsas şərt kənd yerlərində işləyərkən 25 il və şəhərdə işləyərkən 30 il tibbi stajın olmasıdır. Qeyd edək ki, Rusiyada koronavirus epidemiyası zamanı 100-dən çox həkim dünyasını dəyişmişdir.