Koronavirusdan qorunmaq üçün nə etməliyik?


Baxıldı : 102

Tarix : 2020-02-28 14:49:32


Koronavirusun yaratdığı xəstəliyə yoluxma əsasən hava-damcı yolu ilə: xəstənin öskürməsi, asqırması, danışması və ya əllə alınıb burun və ağıza təmas edilməsi ilə baş verir.

Digər viruslardan fərqli olaraq, mədə-bağırsaq traktına davamlı olduğundan fekal-oral yol ilə də yoluxması mümkündür və tənəffüs sistemini, mədə-bağırsaq sistemini, sinir sistemini zədələyir.

Xəstəliyin ilk əlamətləri öskürək, temperatur, təngnəfəslik, əzələ ağrıları və yorğunluqdur. Az hallarda bəlğəm, başağrısı və ishal müşahidə olunur. Bu zaman həkimə müraciət edilməzsə, bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa, hətta ölümlə nəticələnə bilər. Xəstəliyin gizli dövrü 14 gündür.

Adətən xəstələrdə 5 gün hərarət, yüngül qrip əlamətləri olur və ətrafındakıları yoluxdurur. Xəstə ilə 1 metr məsafədən yoluxmaq mümkündür.

Virusdan qorunmaq üçün vacib rol oynayır:

1. Tibbi maska - xüsusən keyfiyyətlisi, üçqat olanlar

2. Tibbi rezin əlcəklər - ictimai yerlərdə istifadə etmək üçün

3. Yüksəkkeyfiyyətli antibakterial sabun - ev və iş yerlərində əlləri yumaq

4. Dezinfeksiyaedici vasitələr - etanol, tibbi spirt, xlorgeksidin, antibekterial gellər, çantada gəzdirməli

5. Buruna çəkmək üçün Oksolin mazı (az da olsa viruslardan qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinib yuyulur)

6. C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor,

7. Xalq təbabətindən: immunitet çayı, Exinesiya, sarımsaq (yerli), zəncəfil kökü, itburnu

Konkret bir müalicəsi və peyvəndi olmayan virusun yoluxma sayını azaltmaq üçün bu  tədbirlərin görülməsi tövsiyə edilir:

- Asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun;

- Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın;

- Qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, dərhal xəstəxanaya gedin və səyahətdə olmusunuzsa, bunu da həkimə deyin.