Kosmetikada zərərli və təhlükəli maddələr


Baxıldı : 339

Tarix : 2016-11-23 16:09:45


Müasir kosmetika sənayesində istehsal olunan kosmetik məhsullar və məişət məhsullarının tərkibi həyatımız üçün təhlükə mənbəyi olaraq qalır. Bu kimyəvi maddələr yalnız dəridə deyil, hətta daxili orqanların müəyyən xəstəliklərini yaradır. Sabunlar, şampunlar, duş geli, maye sabun, hamam köpüyü, tonik, krem, losyon, üz və saç maskası - bütün bunlardan biz hər gün istifadə edirik, hətta zərərli təsirlərini bilə-bilə. Alimlər kosmetika istehsalı üçün istifadə olunan komponentlərin siyahısında bir çox təhlükəli və zəhərli maddələr aşkar ediblər və bu barədə ictimaiyyəti məlumatlandırıblar. Bütün bunlara baxmayaraq, istehsal prosesi yenə də davam edir.Hər il 1000-dən çox yeni kimyəvi birləşmələr üzə çıxır, onlardan neçəsi insan orqanizmi üçün təhlükəlidir? Avropa Birliyinin kosmetik normalarına görə, 70000 kosmetik maddədən, yalnız rəsmi olaraq 3 mininə icazə verilir.Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Xaricdə bir çox qadağan olan komponentləri bizdə istehsal zamanı istifadə edirlər. Nəzarət funksiyasının zəifliyi və qiymətlərin aşağı olması alıcıları daha çox cəlb edir.Təhlükəli toksik maddələr güclü yağəridən və antikorroziya xüsusiyyətinə malikdir. Həmin maddələr kosmetikadan əlavə sənayedə, ev təmizləyici vasitələrdə istifadə olunur. Toksik maddələr insan orqanizminin daxili orqanlarında, qaraciyər, ürək, böyrək, göz və digər orqanlarda yığılır, hüceyrələrin və müxtəlif xəstəliklərin mutasiyasına səbəb ola bilər. Uşaqlar üçün xüsusilə təhlükəlidir. Dəridə quruluq, qıcıqlanma, qabıq qoyma, saç follikullarının zəifləməsi, qısası, dəri və bədən xəstəliklərinə səbəb olur, hətta dərinin yaşlanma prosesini sürətləndirir. Digər kosmetik vasitələrlə nitratların reaksiya zamanı qanda konserogenlər yaranır.İnsanlar qutuların etiketını oxuyarkən tez-tez mineral yağ sözünə rast gələ bilərlər. Sözügedən yağlar çox zərərli və təhlükəli texniki yağlardır və neft-kimya məhsuludur.Bir sözlə, mineral yağlar insan orqanizmi üçün təhlükəlidir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Amma çoxları bunun fərqinə varmır. Parafin də neft-kimya sənayesinin tullantısıdır və mineral yağı kimi eyni xüsusiyyətlərə malikdir, lakin daha zəhərlidir. Bu zərərli və təhlükəli komponent adətən əllərin qayğısı üçün, eləcə də üz kosmetikası üçün istifadə olunur.Kosmetikada istifadə olan parafinlər dərinin qoruyucu \ baryerini\ məhv edir, dəri qidalana bilmir və quruyur. İstifadəçi isə təkrar-təkrar həmin kremə müraciət edir. Bu isə vicdansız istehsalçıların yaratdığı sonsuz bir dairəyə gətirib çıxarır. Günel RAFAYILQIZI