Kredit alan pensiyaçıların sayı çoxalıb


Baxıldı : 169

Tarix : 2016-04-15 06:18:00


Kommersiya banklarının 2016-cı ildən başlayaraq vətəndaşlara kredit verilişini məhdudlaşdırması kredit bazarının həcminin və iştirakçıların sayının kəskin şəkildə azalmasına səbəb olub. Cari ilin birinci rübündə kredit alan insanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox azalıb. Amma bu müddətdə banklardan kredit alan şəxslərin böyük əksəriyyəti pensiyaçılar olub. Banklar, demək olar ki, aşağı məbləğə malik kiçik kreditləri yalnız pensiya alan şəxslərə verib. Pensiyaçıların böyük bir qismi \ Pensiya+\ layihəsi çərçivəsində Beynəlxalq Bankdan kredit alıb. Faizsiz verilən bu kreditlər əmək pensiyaçılarının nağdsız ödənişlərdən istifadəsi üçün nəzərdə tutulub. Yəni onlar kartlarına yüklənmiş kreditləri supermarketlərdən alış-satış əməliyyatları zamanı istifadə edirlər. Beynəlxalq Bankdan bildirildiyinə görə, iri supermarketlərdən plastik kartla alış-veriş edən pensiyaçılar kreditləri əldə etməyə maraq göstəririlər. Belə ki, kartdakı pensiya məbləği bitdikdən sonra ehtiyacı olduğu halda həmin kreditlərdən istifadə edir. Sonrakı aylarda isə kredit müəyyən hissələrlə pensiya məbləğindən çıxılır. Bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmur. Pensiyaçı özünü intizamlı apardıqda, yəni krediti vaxtında geri qaytardıqda ona təkrar bir neçə dəfə bu krediti əldə etmək imkanı verilir. ELBRUS