Kreditlərin dayandırılması sığorta şirkətlərini ziyana salıb


Baxıldı : 223

Tarix : 2016-05-13 05:42:00


Bankların kreditləşməni dayandırması avtomobil bazarına və bu bazarda sığorta əməliyyatlarına ciddi ziyan vurub. İcbari Sığorta Bürosunun hesablamasına görə, avtomobillərin kreditlə satışına qoyulmuş bəzi məhdudiyyətlər sığorta bazarında gəlirləri tam məhdudlaşdırıb və şirkətlərin əksəriyyətinin mənfəətinin zərərlə əvəz olunmasına səbəb olub. 2015-ci ildə və 2016-cı ilin ilk 4 ayında sığorta şirkətlərinin kasko yığımlarında 10 dəfədən çox azalma baş verib. Beynəlxalq Sığorta Şirkətinin direktoru Məmməd Məmmədovun sözlərinə görə, kasko sığortada azalmalar başqa sığorta növlərinin, o cümlədən fərdi qəza və əmlakın yanğından sığortası hesabına kompensasiya olunub. M.Məmmədov bildirib ki, həyat sığortası üzrə artım baş verib. Amma sığorta şirkətlərinin ən çox qazandığı sahə kasko sığortası olduğundan onların gəlirlə işləməsi artıq mümkün deyil.ELBRUS