Kriptovalyutaya sərmayə qoyulması əngəllənə bilməz


Baxıldı : 164

Tarix : 2018-01-26 19:53:20


Danimarkada “Nordea Bank” rəhbərliyinin fevralın 28-nə qədər  işçilərinin hər hansı kriptovalyuta almasını qadağan edən qərar qəbul etməsi həmkarlar ittifaqı təşkilatlarının etirazına səbəb olub. İttifaq nümayəndəsi Niels Moseqard mətbuata açıqlamasında qərarın çalışanların hüquqlarını pozduğunu və məsələ ilə bağlı məhkəməyə baş vuracaqlarını deyib. Danimarka Finans Federasiyası da ittifaqın mövqeyini dəstəkləyib. Federasiyanın rəhbəri Kent Peterson çalışanların şirkət üçün risk daşımayan sərmayə ilə məşğul olmasına ölkə qanunvericiliyində hər hansı qadağa olmadığını vurğulayıb.

Ölkənin ən böyük bankı olan “Nordea Bank”ın 31500 işçisi var və onlar iki böyük həmkarlar ittifaqı təşkilatının üzvləridir. Bankın mətbuat xidmətinin rəhbəri Qrin Paulsen bankın qərarının, sadəcə, bir təklif xüsusiyyəti daşıdığını və işçilərin kriptovalyuta almasına qanuni əngəl yaradılmadığını deyib.

Danimarka Mərkəzi Bankının direktoru da ötən ay eyni mövzuda işçilərinə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, ölkənin  maliyyə qurumları kriptovalyutadan uzaq durmağa çalışsa da, “Bitcoin Suisse”nin idman klublarından birinin sponsoru olması kriprovalyutanın genişlənməsinə imkan yaradır.