Krossvord yazmaq insanı arıqladır


Baxıldı : 621

Tarix : 2017-12-15 21:34:41


Alimlər krossvord həll etməyin insanı arıqlatdığını sübuta yetirib. Tədqiqat müəllifləri bunu artıq çəki problemi olan şəxslərə xoş xəbər kimi təqdim edir. Onların bildirdiyinə görə, arıqlamaq istəyən şəxsin fiziki işə həvəsi yoxdursa, o özünü zehni əməyə verməlidir: krossvord həll etməli və ya məntiqi tapşırıqlarla məşğul olmalıdır.

Məsələ ondadır ki, intellektual işin öhdəsindən gəlmək üçün beyinə daha çox kalori tələb olunur. Beynin bu cür fəaliyyəti zamanı orada milyonlarla əsəb impulsu yaranır və bunun üçün böyük enerji tələb olunur. Nəticədə bu, insan orqanizminin kalori "xərcləməsinə" aparıb çıxarır.

Azər MUSTAFAYEV