Kütləvi ixtisarlar gözlənilir


Baxıldı : 496

Tarix : 2020-09-04 14:47:12


Bloomberg xəbər verir ki, qlobal şirkətlər ötən ay ərzində 200 mindən çox iş yerinin ixtisar edildiyini açıqlayıb. Son dəfə bu barədə “Coca-Cola” və MGM Resorts İnternational məlumat verib. “Goldman Sachs Group Inc.”qiymətləndirilməsinə əsasən, ABŞ-da müvəqqəti olaraq işdən azad edilən  işçilərin dörddə biri iş yerlərinə qayıtmayacaq.

Hökumətin dəstək proqramları tükənib. COVID-19-un yayılması təhlükə yaratmaqda davam edir. Kütləvi ixtisarlar dünya iqtisadiyyatının bərpasını ləngidir.

İxtisarlar əsasən “American Airlines”, “Rolls-Royce Holdings plc”, “Boeing”, “Raytheon Technologies Corp”  və s. şirkətlərdədir. İşçi qüvvəsinin ən çox ixtisarı səyahət və turizm sektorunda baş verir ( “United Airlines Holdings Inc” 2850 pilotu məcburi məzuniyyətə göndərməyi planlaşdırır), pərakəndə satışda  (Ultra Beauty Inc. aprel ayında məcburi məzuniyyətə göndərilən 33 min nəfərdən yalnız 17 minini geri qaytarmağı planlaşdırır, “Bed, Bath & Beyond inc.” şəbəkəsinin 200 mağazası bağlanılmaqla daha 2800 iş yeri ixtisar ediləcək, Visctoria’s Secret markasına sahib olan L Brands Inc. işçi qüvvəsinin 15 faizini ixtisar etməyə hazırlaşır - təxminən 850 iş yeri), sənayedə  (Airbus iyulun əvvəlində 15 min iş yerini ixtisar edəcəyini elan etdi və ikinci bir koronavirus dalğası vəziyyətində yeni ixtisarların qaçılmazlığı xəbərdarlığını verib, Rolls-Royce Holdings Plc dünyadakı 11 aktivlərindən  yalnız 6-sını saxlamağı planlaşdırır), əyləncə sahəsində (NBC Universal işçi qüvvəsinin təxminən 10% -ni ixtisar edir, WarnerMedia-ya sahib olan AT&T 600-800 arası işçini ixtisar etməyi planlaşdırır), texnologiya (Microsoft və Salesforce.com təxminən 1000 işçini ixtisar edir), maliyyə (Deutsche Bank AG, Wirecard AG, Standard Chartered Plc və s. banklar ixtisarlar planlaşdırır) və digər sahələrdə də eyni vəziyyətin yaşanacağı gözlənilir.