Kütləvi tədbirlər qadağan olunduğundan Bilik  Günü də keçirilməyəcək


Baxıldı : 68

Tarix : 2020-09-11 16:33:06


“2020-2021-ci tədris ilində Bilik Günü qeyd olunmayacaq”. Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil müəssisələrində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri vasitələrin yetərincə olması təmin edilməlidir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.