“Kulturologiya və insan inkişafı”


Baxıldı : 62

Tarix : 2020-05-22 06:25:23


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi “Simurq” Mədəniyyət Assosiasiyası ilə birlikdə “Kulturologiya və insan inkişafı” mövzusunda videokonfrans formatında master-klass təşkil edib. Konfransı MİHİ RK-nın sədri Cəmilə Səttarova açıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru Fuad Məmmədov ümumi mədəniyyət prinsipləri,  ailə münasibətləri, multikulturalizm və sivilizasiya haqqında məlumat verib.

Konfransda MİHİ Respublika Komitəsinin aparat işçiləri, regional ərazi metodiki mərkəzlərin sədrləri və Bakı şəhəri üzrə ilk həmkarlar ittifaqı təşkilatları fəallarının iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.