Kurslara təcrübəli mütəxəssislər cəlb edilmişdi


Baxıldı : 171

Tarix : 2018-06-09 02:00:09


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ilk dəfə seçilmiş həmkarlar ittifaqı komitələrinin sədrləri, ictimai-iqtisadi  məsələlər üzrə komissiyaların fəalları  üçün “Kollektiv saziş və müqavilələr işçilərin sosial-iqtisadi və hüquqi maraqlarının qorunmasında mühüm vasitədir” mövzusunda 5 günlük kurs keçirilmişdir. Kurslar 2 mərhələdən ibarət olmuşdur. Ümumən  51 nəfər dinləyicinin cəlb olunduğu kursun proqramına aşağıdakı mövzular daxil edilmişdi:

 “Əmək Məcəlləsi: tətbiqi təcrübə və təkmilləşdirilmə problemləri”, “Azərbaycan əhalisinin məşğulluğunun müasir problemləri: yeniliklər, dəyişikliklər”, “Layiqli əmək, səmərəli məşğulluq, yoxsulluğun azaldılması haqqında”, BƏT-in “Məşğulluq xidmətinin təşkili haqqında” (№ 89-1948-ci il), “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” (№ 111-1958-ci il) konvensiyaları, “Kollektiv müqavilə: anlayış, fəaliyyət, struktur, məzmun, tərəflərin məsuliyyəti, əlavələr və dəyişikliklər. Kollektiv müqavilə və kollektiv danışıqların testi  üzrə praktiki məşğələ”, “Azərbaycan əhalisinin yaşayış səviyyəsinin müasir problemləri, həyat səviyyəsinin göstəriciləri. İnsan inkişafının indeksi.”,”Kollektiv danışıqların tendensiyaları: reallıq və zərurət “Kollektiv danışıqlar haqqında” Konvensiya (№ 154), 1981”.

Kurslara mühazirə oxumaq üçün AHİK-dən, sahə Hİ respublika komitələrindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Ombudsmandan, Dövlət Məşğulluq Xidmətindən təcrübəli mütəxəssislər cəlb edilmişdi. Dinləyicilər “Baktelekom” MMC və Neft Kəmərləri İdarəsində praktiki məşğələdə oldular.