Kurslarda sosial-əmək münasibətləri müzakirə mövzusu olub


Baxıldı : 43

Tarix : 2019-01-07 05:16:50


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında noyabrın sonu, dekabrın əvvəlində təşkil olunmuş kurslarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) tarixi, sosial, iqtisadi maraqlarının, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti və AHİK ilə əlaqələri haqqında məlumat verilib. Həmçinin sosial əməyin auditi və problemləri də müzakirə olunub. Kurslarda 140 nəfər həmkarlar ittifaqı fəalı iştirak edib. Dinləyicilər eyni zamanda Əmək Məcəlləsi, pensiya sistemi, sosial müavinətlərin ödənilməsi və digər məsələlərlə bağlı ölkə qanunvericiliyində edilmiş dəyişikliklərlə tanış olublar.

Kurslarda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İcbari Tibbi Sığorta Agentliyinin Tibbi Sığorta Departamentinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Əmək Müfəttişliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təcrübəli mütəxəssisləri mühazirə oxuyub, iştirakçıların suallarını cavablandırıblar.

Praktiki məşğələlərdə  “Kollektiv və fərdi əmək mübahisələri”, “İş vaxtı və istirahət vaxtı” mövzularında testlər aparılıb. Kiçik qruplarda sosial müdafiə məsələləri ilə bağlı tapşırıqlar təhlil edilib.

Kurslarda sosial əməyin auditi problemlərinin öyrənilməsinin həmkarlar ittifaqı strukturlarının fəaliyyətinin səmərəliliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Kursun axırında dinləyicilər onlara paylanmış anketlərdə təklif və arzularını yazıblar.