Ölümsüzlüyün sirri


Baxıldı : 271

Tarix : 2015-01-31 05:14:00


Stenfor Universitetinin tədqiqatçıları telomerlərin bərpası üsulunu tapıb. Telomerlər orqanizmin qocalmasına cavabdeh olan xromosomların son hissələridir. Telomerlər hər hansı informasiya daşıyıcıları deyillər. Telomerin uzunluğu hüceyrənin yaşını bildirən əsas faktorlardan biridir.Stenford alimləri telomerlərin modifikasiya edilmiş Ribonuklein turşusu vasitəsilə uzadan texnologiya hazırlayıblar. Bu cür Ribonuklein turşusunun insan hüceyrələri mühitinə daxil edilməsi telomeraz aktivliyini bir gündən iki günədək uzada bilər. Bu müddət ərzində telomeraz telomerin uzunluğunu artırır və proqramlaşdırılmış Ribonuklein turşusu tamamilə dağılır.CAVİD