İşlərimizi davam etdirəcəyik


Baxıldı : 546

Tarix : 2015-02-14 04:40:00


Kombinatımızın adı və keçmiş şöhrəti hamıya yaxşı məlumdur. Minlərlə insanın çalışdığı bu müəssisə heç də yaxşı olmayan günlərini yaşayır. İstehsal, demək olar ki, dayanıb və işçilərimizin sayı xeyli azalıb. Bütün bunlara baxmayaraq, təşkilatımız öz fəaliyyətini dayandırmayıb. Biz işimizi əsasən kombinatın nəzdindəki mədəniyyət evində qururuq.Xalq teatrının, müxtəlif musiqi, bədii özfəaliyyət dərnəklərinin işi mədəniyyət evində daima canlanma yaradır. Bir çox məşhur artistlərimiz və musiqiçilərimiz ilk yaradıcılıqlarına bizim mədəniyyət evində başlamışlar. Elə bir tədbirlərimiz olmur ki, üzvlərimiz orada iştirak etməsinlər.20 Yanvar Ümumxalq Hüzn Günü xalq teatrımızın aktyorları Xətai rayon 63 saylı məktəbin şagirdləri ilə birlikdə \ Ağla qərənfil\ ədəbi-bədii kompozisiyasını mərasim iştirakçılarına təqdim etdilər. Kombinatımızın 12 şəhidi var. Onların xatirəsi həmişə uca tutulur. Həyətdə memorial abidələrlə hər bir şəhidin adı əbədiləşdirilib. \ Matəm Ana\ xatirə abidəsi də bu memorialı tamamlayır. Faciə günü 7 saylı Zəngilan qaçqınlar məktəbinin şagirdləri ilə birlikdə memorial önünə tər qərənfillər qoyuldu. Xocalı faciəsi günü də biz mədəniyyət evinə yığışacaq, ədəbi-bədii kompozisiya ilə və abidə önündə anma mərasimi ilə faciə qurbanları yad ediləcək.Bayram şənlikləri və təntənəli günlərimiz də ruh yüksəkliyi ilə qeyd edilir. 8 Martda müəssisəmizdə və mədəniyyət evində çalışan qadınlarımızı, analarımızı təntənəli təbrik edəcək, gözəl musiqiçilərimizin iştirakı ilə onlara xoş ovqat bəxş edəcəyik. Novruz bayramı günlərini daha böyük təntənə ilə qeyd edirik. Mədəniyyət evi həmin günlər xalqımızın, elimizin adət və ənənələrini yaşadan bir məkana çevrilir. Balaca uşaqlarımız və məktəblilərimiz burada keçirdikləri tətil günlərini yaddaşlarında uzun illər qalan unudulmaz bir nağıl kimi xatırlayırlar.9 May Qələbə Gününü də təntənə ilə qeyd edəcəyik, çünki bu il Qələbəmizin 70 illiyi qeyd olunacaq. Veteranlarımız hər ildəki kimi buraya yığışacaq, abidə önünə tər çiçəklər qoyulacaq, onlara hədiyyələr veriləcək. Azad ASLANOV,\ Tağıyev adına Toxucu Tikiş Sənaye Kombinatı\ ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri