Əlaçı tələbələrin sayı artır


Baxıldı : 160

Tarix : 2015-02-07 13:10:00


Azərbaycan Dövlət Aqrar Universitetində \ Elektron universitet\ layihəsinin uğurla icrası, semestr imtahanlarının kompyuter vasitəsilə qəbulu tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə, əlaçı adını qazanmış tələbələrin sayının artmasına səbəb olmuşdur.Layihə çərçivəsində universitetin 2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran 53 tələbə 2 Fevral- Gənclər Günü münasibətilə yeddi gün müddətinə respublikamızın səfalı guşələrinə istirahətə göndərilmişdir. Onlar universitetin avtobuslarında yola salınmışlar. 35 tələbə Qaxda, 18 tələbə isə Zaqatalada dincəlir. Onu da qeyd edək ki, istirahətə getmək şansı qazanmış gənclər arasında bütün kurslardan olan tələbələr var.Qaxda, Zaqatalada tələbələr üçün hər cür şərait yaradılıb. Həmkarlar ittifaqı təşkilatının nümayəndəsi də daxil olmaqla, universitetin məsul işçiləri əlaçı tələbələrin təhlükəsiz, mənalı, şən istirahətlərinin qayğısına qalırlar. Maraqlı, əyləncəli idman yarışları, intellektual oyunlar keçirilir.Tələbələrin təhsilə olan marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyan belə tədbirlərin nəticəsidir ki, universitetdə əlaçıların sayı ildən-ilə artır. Təkcə onu deyək ki, əvvəlki illərlə müqayisədə əlaçı tələbələrin sayı 49-dan 236-ya yüksəlmişdir.Gələcəkdə də bu tipli tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.B.RZAYEV