Laqeydlik hissi artır


Baxıldı : 426

Tarix : 2015-02-21 04:43:00


Son illər respublikamızda da insanlar arasında laqeydlik artır. İnsanlar ətraflarında baş verən qətllər, bıçaqlanma, soyğunçuluq hallarına laqeyd münasibət göstəir. Sanki cəmiyyətdə insanın dəyəri getdikcə azalır. Maraqlıdır, Azərbaycan cəmiyyətində insan taleyinə bu laqeydliyin səbəbləri nədir?Psixoloq Dəyanət Rzayev bunun bir neçə səbəbinin olduğunu bildirir: \ Mən orta məktəbdə sovet dövründə oxumuşam. Həmin vaxt orta məktəblərdə fövqəladə hadisələr zamanı insanların necə davranmaları ilə bağlı şagirdlərə bilgilər verilirdi. Xüsusi fənn keçirilərək ilk tibbi yardım, hərbi hazırlığa hazırlıq məsələləri öyrədilirdi. Gənclər kütləvi şəkildə idmanla məşğul olurdu. Cəmiyyətin sağlamlığı üçün ardıcıl tədbirlər görülürdü. Bütun bu işlər cəmiyyətdə özünü göstərirdi. Hazırda isə cəmiyyətdə mənəviyyat, insanlara xoş münasibət yoxa çıxıb. İnsanlar arasında maarifləndirici tədbirlər də zəif aparılır. Televiziyalar da bu məsələyə diqqət ayırmır. Əgər bir maarifləndirici veriliş verilirsə, o zaman reytinq 2-dən yuxarı qalxmır. Amma hansısa müğənninin qeyri-etik hərəkəti barədə xəbərə hər kəs maraq göstərir. Cəmiyyətin bu vəziyyətə çatmasının bir çox səbəbi var. Bu gün insanlar ancaq çörək və əyləncə haqqında düşünürlər. Bir parça çörək tapsınlar və əyləncə ilə məşğul olsunlar. Mənəviyyat məsələləri kənarda qalıb. Cəmiyyətdə bir növ manyaklaşma gedir. Hər bir insan potensial qatil ola bilər. Çünki insanların bir-birinə qarşı münasitbətləri də qəddarlaşıb. Qəddarlaşmaq o demək deyil ki, yolu keçəndə kimisə vurub öldürmüsən. Əgər bir insanı 10-12 saat işlədib, ayda 200 manat maaş verirsənsə, bu da qəddarlaşmadır. Rəhbərlər 300 min manatlıq maşın sürür, amma işçilər bir qarın çörəyi güclə tapır. Bütun bunlar da insanları qəddarlaşdırır\ . Psixoloq deyir ki, cəmiyyətdə psixopatların sayı da getdikcə artır: \ Laqeydlik özü də genetik keçən bir xüsusiyyətdir. Bu gün də cəmiyyətdə qaynayıb-qarışma yoxdur. Hər kəs daha çox çalışır ki, öz olduğu kənddən, rayondan qohumnan evlənsin. O ərazidə yaşayan insanların da əksəriyyəti eyni tip insanlardır. İki laqeyd xarakterli adamdan doğulan uşaqlar da laqeyd olacaq. Laqeydliyi təlim-tərbiyə ilə yox etmək olar\ . Xalid AZƏR