Layihə önəmli uğurlar əldə edib


Baxıldı : 158

Tarix : 2019-07-26 14:37:08


Avropa Jurnalistlər Federasiyasının (AJF) tərəfdaşı olduğu AGEMİ layihəsi iyulun sonunda başa çatacaq. Layihə mediada gender bərabərliyinin təmin edilməsi və müəllimlər, tələbələr və mütəxəssislər arasında əlaqələrin gücləndirilməsində önəmli uğurlar əldə edib.

2018-ci ilin avqustunda İsveçin Göteborq şəhərində təşkil edilən “Yay məktəbi”nin başa çatmasından sonra Nyukasl, Göteborq və Padua universitetlərindən 30 tələbə  Avropa Birliyi ölkələrində müxtəlif media qurumlarında təcrübədə olublar. Tələbələr təhsil bilikləri və peşə təcrübələrində öyrəndiklərini əlaqələndirmək, gender bərabərliyi ilə bağlı atılacaq addımları müzakirə etmək imkanı əldə ediblər.

 Daha sonra həmin fəaliyyətin davamı olaraq 2019-cu il fevralın 26-da Brüsseldə toplanan media mütəxəssisləri AGEMİ onlayn platformasını yaratdılar. Bunda məqsəd KİV-də gender bərabərliyi məsələsini irəli sürmək və əlaqələri gücləndirmək idi.

Tezliklə “İOS” və “Android”də platformanın tətbiqi hazırlandı. Tətbiq müəllimlər və tələbələr arasında informasiyanın paylanmasına, dialoqun qurulmasına və təcrübələrin istifadəçilər arasında bölünməsinə imkan verir.

AGEMİ layihəsi nəticəsində:

-media sahəsində ən yaxşı təcrübələrin məlumat bazası yaradıldı;

- gender bərabərliyi sahəsində çalışan 100-dən çox təşkilat daxil olmaqla interaktiv xəritə tərtib olundu;

- tematik tədris materialları toplandı;

- bütün dünyada media mütəxəssisləri, fəallar, siyasətçilər və QHT rəhbərlərindən  reportajlar  alındı;

- tələbələr və müəllimər dialoqa cəlb olundu;

- bir sıra qlobal və regional təşkilatlarla əməkdaşlıq quruldu.