Layihə uğurla davam etdirilir


Baxıldı : 115

Tarix : 2018-04-21 03:35:51


Beynəlxalq Əmək Təşkilatı  Bosniya və Herseqovinada  Avropa Birliyi tərəfindən maliyyələşdirilən Yerli İş Tərəfdaşlıq Layihəsini (YİTL)  uğurla davam etdirir.  Layihə işsiz insanların yeni əmək vərdişlərinə yiyələnməsi və sektorda tələb olunan peşələri öyrənməsini hədəfləyir. Bu məqsədlə bir sıra şirkətlərlə əməkdaşlıq edilir. Bunlardan biri də evlərin və mağazaların  daxili dizaynı ilə məşğul  olan “CEBOC” şirkətidir. Əməkdaşlıq qurum üçün də maraqlıdır. Belə ki,  layihə çərçivəsində müraciət edənlər peşə üzrə ixtisaslaşaraq daimi kadra çevrilir. BƏT-in Makedoniya üzrə koordinatoru  Emil Krstanovski deyib ki, proqram çərçivəsində bu şirkətdə təcrübəyə cəlb edilən 5 işçi də daha sonra əmək bazarında özünə yer tapa bilib.

Layihəyə 2016-2019-cu illər üçün 4,4 milyon avro ayrılıb. Proqram Avropa Birliyi Tərəfindən BƏT-in təşkilatçılığı ilə 1990-cı ildən bir sıra ölkələrdə tətbiq edilir. Layihənin tanıdılması və tətbiqi üçün Bosniya və Herseqovinada  16 şəhərdə 167 şirkətə əməkdaşlıq təklif olunub. Onların 157-si müraciətə müsbət yanaşıb. Bu günə qədər ölkədə 869 nəfər layihə əsasında təcrübə proqramından yararlanıb və onların 89-u əmək bazarında özünə yer tuta bilib.

Emil Krstanovski qeyd edib ki, proqrama əsasən qadınlar, gənclər, xarici ölkələrdən geri dönənlər və öz işindən məmnun olmayan insanlar qatılır. Layihədə  məqsəd Bosniya və Herseqovinada həmçinin Qərbi Balkan ölkələrində əmək bazarının ehtiyacına uyğun kadr hazırlamaq və qadınların sektorda sayının artmasına imkan yaratmaqdır.

Cavid SƏFƏROV